Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.
Adalet.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Monteneqro ilə üz-üzə gələcək.
Slovakiyanın paytaxtı Bratislavadakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Milli daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.
Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Gürcüstan seçməsinin müqavimətini qırmağa çalışacaq. İsveçdə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yığma ötən gün meydan sahiblərinə məğlub olub - 0:3.
Digər Xəbərlər

"Oyunçularım nələr istədiyimi bilirlər" - Fernandu Santuş

Mbappedən daha bir rekord

Millətlər Liqası: İspaniya Fransaya qalib gəldi, finala adladı

Azərbaycan klublarının Avropa macərası

Millətlər Liqasında ikinci finalçı müəyyənləşir - İspaniya Fransaya qarşı

Portuqaliya Almaniyanı məğlub edərək finala yüksəldi - VİDEO

Millətlər Liqasında yarımfinal həyəcanı - Almaniya Portuqaliya ilə üz-üzə
