Üzmək üçün ideal vaxt neçədir? - Ürək xəstələrinin nəzərinə

Sakit və təhlükəsiz üzgüçülük üçün optimal vaxt səhər saat 07:00-dan 12:00-a qədər, axşam isə 16:00-dan 19:00-dəkdir.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu həkim-ekspert Mixail Lebedev deyib.
Onun sözlərinə görə, bu dövrlərdə suda temperaturun dəyişməsi səbəbindən infarkt ehtimalını azdır:
"Yayda isti havanın temperaturu ilə su anbarındakı sərin suyun temperaturu arasında ciddi fərq var. İsti çimərlikdən nisbətən sərin suya sürətlə keçərkən baş verən kəskin temperatur düşməsi orqanizmdə ciddi stress yaradır. Bu, damarların spazmına səbəb olur, qan təzyiqini artırır, ürəyi və beyni ciddi şəkildə yükləyir. Nəticədə keçici infarkt ola bilər, xroniki xəstəlikləri olan insanlar xüsusilə diqqətli olmalıdırlar”, - deyə həkim izah edib.
Bunun qarşısını almaq üçün kifayət qədər sadə təhlükəsizlik qaydalarına əməl etməlisiniz. İlk növbədə, çimərliyə baş çəkmək və üzmək üçün düzgün vaxt seçmək lazımdır.
"İnsan orqanizmi üçün təhlükəli olan ən yüksək günəş aktivliyi təxminən saat 12:00-dan 15:00-a qədər müşahidə olunur. Bu zaman su hövzəsinə yaxın olmamaq lazımdır. Sakit və təhlükəsiz üzgüçülük üçün optimal vaxt səhər saat 07:00-dan 12:00-a qədər, axşam isə saat 16:00-dan 19:00-a kimi dənizə girmək məqsədəuyğundur", - Lebedov bildirib.
Digər Xəbərlər

İsti havada idman edənlərin DİQQƏTİNƏ!

İnsanlar çox əsəbidir...

Nazir onu baş həkim təyin etdi

Nazirlik: Hazırda daha çox A qripi qeydə alınır

Səhiyyə Nazirliyi Xankəndidə Müayinə Aksiyası keçirib

Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ: Qrip infeksiyasına yoluxma hallarında artım var
