Rus rublundan qurtuluş - Azərbaycan manatının "doğuluşu" günü - 33

Sovet caynağından çıxandan, müstəqillik qazandıqdan sonra sonra ilk valyutamız işıq üzü gördü.
Adalet.az xəbər verir ki, Azərbaycan manatının yaradılmasının əsası prezident Əbülfəz Elçibəyin 1992-ci il 15 iyun tarixli sərəncamı ilə qoyulub.
Fransa Mərkəzi Bankı tərəfindən İlk əskinasların çap edilməsində tam 33 il keçir. Manatın ilk eskizlərinin müəllifi Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadə idi.
Deməli, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.
Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar da həmin şirkətdə istehsal olunub. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub.
Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilib.
1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.
Ümumilikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib.
Əntiqə Rəşid
Digər Xəbərlər
jpg-1755244094.jpg)
"Qırmızı xətt"li İranı susduran məqamlar: Yeni toqquşma qorxusu, yoxsa, "pay"?

“Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşasına hazırlıq işləri 4-5 ay çəkəcək - VİDEO

"İstirahətinizin xoşbəxt sonluqla bitməsi sizin əlinizdədir" - DİN

Xocalının Xanyurdu və Ballıca kəndlərinə köçəcək sakinlərin nəzərinə!

Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır

Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" kursu keçirilib

Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır
