"Qırmızı xətt"li İranı susduran məqamlar: Yeni toqquşma qorxusu, yoxsa, "pay"?
2025-ci ilin avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda görüşün keçirilməsi ilə bağlı İranın hələlik konkrek bir hərəkət göstərməməsi erməniləri bərk nigaran qoyub.
Adalet.az xəbər verir ki, İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətidən başqa hələki "Vaşinqton görüşü", "Tramp yolu"ilə bağlı heç bir İran rəsmisinin kəskin reaksiya göstərməməsi, İran Prezidenti Pezeşkianın üçtərəfli razılaşma haqqında yumşaq danışması siyasi ekspert, iranşünas Emma Begicanyanın da diqqətində yayınmayıb. Prosesləri diqqətlə izləyən Emma Begicanyan jurnalistlərə İranın məsələyə münasibəti ilə bağlı açıqlama verib:" İranda adətən digər bu kimi bütün məsələlərdə də müxtəlif fikirlər mövcud olub Çünki İran hakimiyyəti yekcins deyil. Hakimiyyətin öz nöqteyi-nəzəri, ruhani rəhbərin öz fikri, hərbçilərin öz fikri var. Buna görə də, məsələyə münasibətlər də məhz belə - üç hissəyə bölünür. Bütün bunları fəlakətli hesab edən analitiklər də var. Məsələn,aqressiya ilə yazırlar ki, İranın varlığı Türkiyəyə böyük zərbədir, çünki İran mövcud olduğu üçün Türkiyə türk dünyasını birləşdirə bilməz".
İranın açıq şəkildə "Tramp yolu"na etiraz etməməsinin, əngəl törətməməsinin də səbəblərini açıqlayan erməni ekspert İranın hər an başlaya biləcək İran- İsrail müharibəsinə hazır olmadığını vurğulayıb:" İran indiki məqamda daha sərt mövqe tutsa, daha kəskin və birmənalı açıqlamalar verərsə, Türkiyə ilə toqquşmaya səbəb ola bilər ki, bu da hazırda İranın maraqlarına uyğun deyil. İsrail hər an İrana hücum edə bilər, İran isə bu cür iqtisadi məhdudiyyətlərlə ikinci cəbhə olan Türkiyə ilə münaqişələrə girə bilməz. Ona görə də, İran hökuməti və Xarici İşlər Nazirliyi digərlərindən fərqli, daha yumşaq mövqedədir".
Amma ermənilərin çoxu Emma Begicanyan kimi düşünmürlər.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın "layihənin şərtləri İranla razılaşdırılıb və Tehran tərəfinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınıb" açıqlaması onların düşüncəsinə İranın "xəyanətkar" olduğunu qətiləşdirib. Axı bir vaxt "Zəngəzur , hazırda Tramp yolu İranın "qırmızı xətti" idi və ermənilər son ana qədər farsların "qırmızı xətti" qoruyacaqlarını düşünürdülər.
Əslində görünən budur ki, Rusiyanın ona kömək edəcəyinə, onun fikrini müdafiə edəcəyinə ümidini itirən İran nəinki ciddi addımlar atır, heç ciddi açıqlamalar da vermir.
Ötən gün Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz iranlı həmkarı Səid Xətibzadə ilə bir araya gəlməsi də fikirlərimizin təsdiqidir. Yəqin ki, bu yeni yoldan İranın da çıxarları olacaq deyə "qırmızı xətt"li əhdinə dönük çıxdı.
Hazırda Rusiyanın susması, İranın isə əhdini unutması ermənilərə böyük bir travma yaşatmaqdadır. Ən yandıqları məqam da" Azərbaycan - Naxçıvan arasında nəqliyyat və kommunikasiya xəttləri fəaliyyətə başlamasına heç bir dövlətin qarşı durmamasıdır.
Ona görə də, Suren Sureyants adlı ekspert hələ 2024 -cü ilin əvvəlində deyir ki, əgər Əliyev deyibsə, yol açılacaq, deməli açılacaq.
Əntiqə Rəşid
Digər Xəbərlər
14 Noyabr 2025 18:46
Yollar dumanlı olanda ...
14 Noyabr 2025 17:37
Ukraynadakı səfirliyimizin əməkdaşları təxliyə ediləcək? - RƏSMİ
14 Noyabr 2025 17:29
Azərbaycanda işsizlərin sayı açıqlandı
14 Noyabr 2025 16:11
DİN və AQTA birgə əməliyyat keçirdi - 2 tona yaxın yararsız ət aşkarlandı - VİDEO
14 Noyabr 2025 14:17
Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə bir araya gəldi
14 Noyabr 2025 13:15
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Gəncədə keçirilib - FOTOLAR
14 Noyabr 2025 12:52
Xankəndidə mənzillər satışa çıxarılacaq
14 Noyabr 2025 12:19


Bakı -°C

