“Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlər açıla bilər...”
Xəbər verdiyimiz kimi, Türkiyə 1 yanvar 2026-cı il tarixində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistanla sərhədi açacaq. Bu barədə Ermənistanın “Qraparaq” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana təqdim etdiyi təkliflər və niyyətlər paketində həm də sərhədin qeyd edilən sxem üzrə açılması planları öz əksini tapıb.
Məsələylə bağlı Adalet.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Azərbaycanla paralel aparıldığını bildirib:
“Bu gün Azərbaycanla Ermənistan arasında da de-fakto sülh var. Azərbaycan Ermənistanı blokadadan çıxardıb. Yekun sülh müqaviləsi üçün təbii ki, qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində mühüm addımlar atılmalıdır. Məhz Azərbaycan bu istiqamətdə əlindən gələni edir. Türkiyə ilə Ermənistan arasında da bu dialoq var və bu pozitiv istiqamətdə davam edir. Azərbaycan da artıq Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasında bir problem görmür. Amma Türkiyənin öz təklifləri, Ermənistandan gözləntiləri var və Ermənistan da buna getməlidir. Düşünürəm ki, növbəti ildən Ermənistan-Türkiyə arasında sərhədlərdə müəyyən yumuşaqlıq olacaq. Sərhədlər açıla bilər. Həmçinin Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində yüklər üçün sərhədlər açıla bilər. Amma Türkiyə-Ermənistan sərhədinin artıq açılması düşünürəm ki, mümkündür və bu Ermənistanın Rusiya qarşısında ümunitetini artıracaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Dekabr 2025 13:59
Azərbaycanda bu peşə sahibləri üçün sosial sığorta haqqı artırıldı
29 Dekabr 2025 13:22
Baş prokurorluqdan Ukrayna müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
29 Dekabr 2025 13:04
Satışda mənşəyi məlum olmayan araqlar var - XƏBƏRDARLIQ
29 Dekabr 2025 12:26
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
29 Dekabr 2025 11:36
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
29 Dekabr 2025 10:41
“Kişilərin müraciətlərinin arxasında bunu bilmədən nəticə çıxarmaq...”
29 Dekabr 2025 10:28
Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb
29 Dekabr 2025 09:49


Bakı -°C

