Azərbaycan məkhəməsini saymayan “Qanun qaçağı” - Afət Fərmanqızı istirahətdə?
Xəbər verdiyimiz kimi, uzun müddətdir cavabdeh olduğu məhkəmə prosesinə gəlmədiyi üçün barəsində müvafiq qərar çıxarılan Afət Fərmanqızı axtarışa verilib. Daha dəqiq: Binəqədi rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı növbəti iclas keçirilib. F.Kərimovanın vəkili Xavər Məmmədova Afət Fərmanqızının məhkəməyə məcburi qaydada gətirilməsinə dair vəsatət verib. A.Fərmanqızı bir neçə prosesdir məhkəməyə gəlmədiyi üçün vəsatət təmin olunub və onun barəsində həbs nəzərdə tutulmadan axtarış elan olunub.
Afət hardadır?
Adalet.az xəbər verir ki, hələ Bakıda olarkən məhkəmə bildirişlərini zibil qabına atan Afət yola çıxmamışdan əvvəl belə bir paylaşım da edib: "Həyat yoldaşımla Antalyaya uçuruq. Səhifəmi izləyin, gözəl şəkillər olacaq. Oradan da Dubaya, Dubaydan da, İnşallah, üçüncü maraqlı bir ölkəyə..."
Azərbaycan məhkəməsini, onun iclaslarını heçə sayan müğənni Afət Fərmanqızı həyat yoldaşı ilə birlikdə Antalyada dincəlirmiş və bu haqda da özü sosial media hesabında paylaşım edib.

“Qanun qaçağı”Antalyada həyat yoldaşı ilə birlikdə istirahətindən olan fotoya : “Səninlə gəzdiyim bu dünya gözəl” şərhini əlavə edib.
Qeyd edək ki, Afət Fərmanqızı 16 mayda sosial şəbəkə hesabında növbəti dəfə paylaşım edib. Sənətçi hava limanından görüntülərini paylaşaraq,həyat yoldaşının yanına - Rusiyaya getdiyini deyib:
“Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".
Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Noyabr 2025 18:00
Röya konsertində futbola baxan tamaşaçını təpiklədi - VİDEO
01 Noyabr 2025 15:05
Maykıl Cekson Fondu cinsi istismar iddialarını ört-basdır etmək üçün 2,5 milyon dollar ödəyib
31 Oktyabr 2025 17:15
Fədayə Laçına cin girdi
31 Oktyabr 2025 15:55
Murat Kekilli - Bu akşam ölürüm - VİDEO
31 Oktyabr 2025 14:24
İbrahim Tatlısəs oğluna elektron bilərzik taxdırdı - FOTO
30 Oktyabr 2025 16:23
Arzu Mirzəyeva: “Səmavi Nəfəsdən gözəl oxuyur”
30 Oktyabr 2025 15:12
Mənzurə Musayeva sirkə içib, xəstəxanalıq oldu
30 Oktyabr 2025 13:35


Bakı -°C

