Azərbaycan millisi Bakıda İsveç yığmasını darmadağın edib
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində yeddinci oyununu keçirib.
Adalet.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.
Millimiz bu oyunda qazandığı qələbədən sonra 7 xalla dördüncü, qonaq komanda isə 7 xalla üçüncü yerdə qalıb.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Digər Xəbərlər
31 Mart 2026 12:22
"İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" - FİFA prezidenti
31 Mart 2026 10:45
Türkiyə millisi bu gün dünya çempionatına vəsiqə qazana bilər
31 Mart 2026 10:17
Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq
30 Mart 2026 13:21


Bakı -°C

