Azərbaycan MN: “İran tərəfinin ittihamı əsassız və tamamilə qəbuledilməzdir”
İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda güya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və təmamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.
44 günlük Vətən müharibəsində Azərbaycanın güya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər səlnaməsi yazmışdır. Bu iddia cəfənq ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur.
Digər Xəbərlər
18 Dekabr 2025 09:43
Bakıda məktəblilər arasında yayılan "snus"la bağlı araşdırma başladıldı
17 Dekabr 2025 17:53
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
17 Dekabr 2025 17:25
Səhiyyə Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
17 Dekabr 2025 16:41
Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17 Dekabr 2025 16:29
Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratsın - TƏKLİF
17 Dekabr 2025 15:57
"Bu, kişini hörmətdən salmır, ona olan etibarı artırır" - Komitə sədri
17 Dekabr 2025 15:42
MTV kanalına xəbərdarlıq edilib
17 Dekabr 2025 14:35


Bakı -°C

