Azərbaycan onları soyqırımdan xilas etməlidir - Asif Yusifli yazır
Müstəqil rusdilli mənbələrdə yer alan məlumata görə 3 milyon əhalisi olan Dağıstana son səfərbərlikdə 15 min çağırışçı planı qoyulub.
Eyni sayda əhalisi olan Nijni Novqorod vilayətinə bunun yarısı qədər 7.500 çağırışçı planı qoyulub. Əhalisi Dağıstandan 6 dəfə çox olan Moskvaya isə 16 min çağırışçı planı gəlib.
Digər milli respublikalara qarşı da eyni proporsiyada çağırışçı planları qoyulur. Bu da qeyri ruslara qarşı soyqırım siyasətidir.
Bu günə qədər Ukraynadakı müharbədə Dağıstan verilən itki sayına görə birinci, Buryatiya ikinci yerdədir.
Monqolustan eyni soya malik Buryat, Tuva və Kalmıkları qırğından xilas etmək üçün proqram həyata keçirir. Onların öz ölkəsində sığınacaq tapmasına kömək edir.
Biz də etnik mənsubiyyətindən asılı olmayaraq qardaş Dağıstan xalqlarına qucaq açmalıyıq. Onları soyqırımdan xilas etməliyik.
Qeyd edim ki, 3 milyon əhalisi olan Dağıstanda 30-dan artıq xalq yaşayır. Onlardan bəzilərinin sayı bir neçə min nəfərdir. Ən çox saylı xalqların isə 300-400 min arası sayı var.
Belə azsaylı xalqların on minlərlə nəsil artırma yaşında olan gənclərini onlara aid olmayan, cinayətkar bir müharibədə qırğına vermək elə həmin xalqları mahiyyətcə soyqırımı etməkdir.
Azərbaycan hər bir Dağıstanlının ana vətəndir. Bu ağır gündə Azərbaycan onları soyqırımdan xilas etməlidir.
Digər Xəbərlər
05 Aprel 2026 18:29
Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq
04 Aprel 2026 17:53
Pentaqonda generallar niyə qovulur? - Səxavət Məmməd yazır
04 Aprel 2026 15:11
Əli Əsədov məmurları toplayıb, müşavirə keçirdi
04 Aprel 2026 12:00
Prezident həmkarını təbrik etdi
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41


Bakı -°C

