Azərbaycan Premyer Liqası: VI tura iki oyunla yekun vurulacaq
Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Adalet.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.
Turun son qarşılaşması Bank Respublika Arenada baş tutacaq. “Turan Tovuz” səfərdə “Sabah”la görüşəcək. Saat 20:30-da startı veriləcək matçın baş hakimi Əliyar Ağayev olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr
18:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksi.
20:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bank Respublika Arena.
Qeyd edək ki, Turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı minimal hesabla üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb.
Digər Xəbərlər
18 Mart 2026 11:00
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul" səfərində
18 Mart 2026 09:49
Futbolda tarixi qərar - Kuboku Seneqaldan alıb Mərakeşə verdilər
18 Mart 2026 09:26
Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finalda - VİDEO
17 Mart 2026 19:33
“Milan” onunla yolları ayırır
17 Mart 2026 17:24
Azərbaycan çempionatında növbəti üç turun oyun cədvəli
17 Mart 2026 12:36
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02


Bakı -°C

