"Azərbaycan Prezidenti güclü və qətiyyətli liderdir" - Stiv Uitkoff
"Bir neçə diplomat nəsli Azərbaycanla Ermənistan arasında uzun illər davam edən və getdikcə daha da şiddətlənən münaqişəni həllolunmaz hesab edirdilər. Lakin bu vəziyyət Donald Trampın ABŞ prezidenti vəzifəsinə qayıtmasından sonra dəyişdi".
Adalet.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun “Washington Examiner” nəşrində dərc olunan məqaləsində yazıb.
O, bildirib ki, ABŞ Prezidentinin uzaqgörən rəhbərliyi sayəsində ikiölkı arasında 35 ildən artıq davam edən münaqişəyə son qoyan Sülh üzrə Birgə Bəyannam imzalandı. Bu, həqiqətən də görkəmli nailiyyətdir:
"ABŞ prezidentinin xüsusi nümayəndəsi kimi onun sülh gündəliyinin irəlilədilməsində iştirak etmək mənim üçün şərəf idi. Prezident əvvəlki məhdudiyyətləri aşaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını prioritetə çevirdi.
Bizim qarşılıqlı fəaliyyətimiz 2025-ci ilin martında Bakıya səfərlə başladı. İlk təmasdan etibarən ABŞ-nin Azərbaycan və Prezident İlham Əliyevlə münasibətlərinə lazımi diqqətin göstərilmədiyi aydın oldu.
Trampın xarici siyasət doktrinası unikaldır. O, ABŞ-nin maraqlarını, o cümlədən uzunmüddətli münaqişələrdə sülhün bərqərar olmasını təmin etmək naminə istənilən şəxslə birbaşa təmas qurmağa hazırdır. Bu məsələdə də istisna olmadı.
Azərbaycan Prezidenti özünü sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır olan güclü və qətiyyətli lider kimi göstərdi. Əliyev bizdə həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayan bir lider təəssüratı yaratdı. Bu səfər komandamızı tərəqqinin mümkün olduğuna inandırdı.
Eyni şəkildə, Ermənistanda da baş nazir Nikol Paşinyanın simasında bəzən populyar olmayan, lakin xalqının maraqları baxımından ən doğru qərarları qəbul etməyə qadir praqmatik və cəsarətli lider gördük.
Növbəti beş ay ərzində Bakı və İrəvanda intensiv danışıqlar apardıq. Bundan sonra məlum oldu ki, münaqişəyə fərqli prizmadan yanaşmaq lazımdır.
Bu liderliyi ilk növbədə Tramp nümayiş etdirdi. Bu isə imkan pəncərəsi açdı və nəticədə TRIPP konsepsiyası meydana gəldi. Bu konsepsiya Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşmaq şərtilə, Ermənistan ərazisindən keçməklə maneəsiz multimodal nəqliyyat marşrutlarının yaradılması üçün ABŞ və Ermənistan arasında tərəfdaşlığı nəzərdə tutur.
Tramp nümayişkaranə prosesdən daha çox praktiki nəticələrə üstünlük verdi və bu yanaşma özünü doğrultdu.
Bu gün TRIPP konsepsiyası yaradıcılıq, güc və qarşılıqlı fayda vasitəsilə ilk baxışdan həllolunmaz görünən mübahisələrin sonsuz danışıqlar yolu ilə deyil, yeni yanaşmalarla həllinə dair model kimi dünya miqyasında tanınır.
Son bir il ərzində ABŞ bu razılaşmanın həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla birgə çalışıb. Biz TRIPP-in Xəzər dənizi vasitəsilə uzanacağını və bu konsepsiyanın Yaxın Şərqdə də inkişaf etdiriləcəyini gözləyirik.
Bir neçə regionda eyni vaxtda mürəkkəb münaqişələrin baş verdiyi bir dövrdə Tramp özünü başqalarının yalnız çıxılmaz vəziyyət gördüyü yerlərdə sülh və rifaha nail olmağa çalışan lider kimi unikal mövqedə saxlayır.
Bu gün Cənubi Qafqaz daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər”, - deyə Uitkoff yazıb.
Digər Xəbərlər
11 Avqust 2026 10:02
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib - Politoloq
11 Avqust 2026 10:02
“İranda baş qərargah rəisi kifayət qədər təhlükəli vəzifəyə çevrilib”
10 Avqust 2026 14:24
İsveçrə və Niderlanddakı səfirlərimiz geri çağırıldı
10 Avqust 2026 14:24


Bakı -°C

