Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi dəyişdi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə bu gün, 19 iyul 2024-cü il tarixində təşkilatın növbədənkənar konfransı keçirilib.
Adalet.az xəbər verir ki, konfrans “Wyndham Garden Baku” otelinin “Xan Çınar” zalında baş tutub.
Təşkilat üzvlərinin əksər çoxluğunun iştirakı ilə baş tutan növbədənkənar konfransda Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və digər təşkilatlar üzvləri fikirlərini bildirərək, son iki ildə təşkilatın fəaliyyəti, müsbət və mənfi nəticələr, mövcud problemləri müzakirə edib, nöqsanları səsləndiriblər.
Lakin Cəmiyyətin bu günə qədər sədri olan Vüqar Oruc konfransda iştirakdan imtina etdiyi üçün səsləndirilən nöqsanlara, iradlara cavab almaq mümkün olmayıb.
Konfarns öz işini müvafiq qaydada həyata keçirməklə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin seçkili orqanlarına yenidən seçkilərin keçirilməsi barədə müsbət qərar verdikdən sonra seçki prosesi baş tutub.
Seçkinin nəticələrinin yekunu olaraq Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib.
Digər Xəbərlər

Mehriban Əliyeva Azərbaycanın xristian icmasını TƏBRİK ETDİ - FOTO

"Zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə yönəlməlidir" - AQTA rəsmisi

Yanğın təhlükəsi olan fabrikin fəaliyyəti dayandırıldı - VİDEO

Qənirə Ataşova və övladları ölümlə təhdid edildi

Prezidentdən ADSEA-nın tabeliyindəki xidmətlə bağlı FƏRMAN

Əxlaqsızlığa görə həbs edilən "molla" ilə bağlı AÇIQLAMA

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
