Azərbaycan Rusiya XİN-ə nota göndərdi
Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
Adalet.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
Qeyd edək ki, adları çəkilən Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Onlara zorla sənəd imzalatdırıb, Ukrayna ilə müharibə zonasına göndərildikləri iddia olunub.
Digər Xəbərlər
14 Yanvar 2025 16:49
Bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı AÇIQLANIB
14 Yanvar 2025 16:42Bakının tələb etdiyi "konstitusiya dəyişikliyi": "Hraparak" naziri "düşmən" çıxartdı
14 Yanvar 2025 16:21Bu dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
14 Yanvar 2025 16:00İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatdı
14 Yanvar 2025 14:51