Azərbaycan səmasının ən dəhşətli günü: 29 il əvvəl Naxçıvandan qalxan “Tu-134”
Bütün dünyanın quru yolları kimi səma nəqliyyatı da təhlükələrlə dolu olub. müstəqilliyimizdən sonra - son 30 ildə Azərbaycan səmasında helikopter və təyyarə qəzalarının sayı artıb.
Adalet.az xəbər verir ki, müstəqillik dövrünün ən böyük təyyarə qəzalarından biri , Naxçıvan Muxtar Respublikasında “Tu-134” təyyarəsinin qəzaya düşməsindən 29 il keçir.
1995-ci il dekabrın 5-də Naxçıvan-Bakı reysi ilə hərəkət edən “Tu-134” sərnişin təyyarəsi Naxçıvan hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb.
Pilot təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Elə bu anda saatda sürəti 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə qarşılaşır. Fəlakətdən qurtulmaq üçün pilotlar sağa, 37 dərəcə bucaq altında kəskin dönüş etməyə məcbur qalırlar və hava limanı yaxınlığındakı açıq sahəyə istiqamətlənirlər.
Yüksək gərginlikli elektrik xətlərinə toxunan təyyarə alışır.
Qəzada 82 nəfərdən dördü heyət üzvü olmaqla, 52 nəfər həlak olub.
Qeyd edək ki, azərbaycanlılar ilk dəfə ən dəhşətli qəza ilə 12 dеkаbr 1988-ci ildə üzləşiblər. Ermənistandan zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа «Stingеr» rаkеti ilə vuruldu. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur.
Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında yaralı türkə yer yoxdu», - deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Aprel 2026 18:00
Azərbaycana gətirilən benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşdi
27 Aprel 2026 17:36
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
27 Aprel 2026 17:15
Cəbrayıl sakinlərinin diqqətinə! - Qəbul başlanılır
27 Aprel 2026 17:00
“Azərbaycan-Ukrayna əlaqələri regional və qlobal geosiyasi kontekstdə vacib istiqamətləri əhatə edir”
27 Aprel 2026 16:01
Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
27 Aprel 2026 15:16
"Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin icrasına başlanılır - İLK DƏFƏ
27 Aprel 2026 14:50
QMİ Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yaydı
27 Aprel 2026 13:18


Bakı -°C

