Azərbaycan sərhədini pozaraq Gürcüstana getmək istəyən əcnəbi saxlanılıb
Azərbaycan sərhədini pozaraq Gürcüstana getmək istəyən Hindistan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Belə ki, dekabrın 9-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstan istiqamətində keçməyə cəhd edən Hindistan vətəndaşı, 1998-ci il təvəllüdlü Ponnaqanti Ayyappa Reddi oğlu saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəldiyi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
27 Fevral 2026 11:40
Bakı-Qazax yolunda yük avtomobili aşdı - VİDEO
27 Fevral 2026 10:06
Sumqayıtda poladəritmə sexində partlayış - Fəhlələr xəsarət aldı
27 Fevral 2026 09:43
Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
26 Fevral 2026 23:45


Bakı -°C

