“Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” - Hikmət Hacıyev

“Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda üçün mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. İki ölkə arasında münasibətlərdə əsas məqam inam yaratmaq və anlaşılmazlıqları aradan qaldırmağa çalışmaqdır”.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri zamanı İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq.
Mehdi Sənayi isə öz növbəsində bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar.
Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır:
“İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır”.
M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: “Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur”.
Digər Xəbərlər

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO

"İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq" - Əli Əsədov

Valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb - Spiker

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb

Milli Məclisin iclası başladı: Hökümət hesabat verəcək

Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşüb
