Azərbaycan Universitetində tədbir keçirilib
Azərbaycan Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələlərindən biridir. Onun ideyaları, dövlətçilik prinsipləri və rəmzləri müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynayıb. İstiqlal Bəyannaməsinin elan edildiyi
1918-ci ilin 28 may tarixi isə hazırda Müstəqillik Günü kimi qeyd olunur.
Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açıb. Prorektor qeyd edib ki, AXC-nin qurulması ilə Azərbaycan xalqının milli azadlıq mübarizəsinin möhkəm təməli qoyulub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq o, müstəqillik ideyasını xalqın genetik yaddaşına bir amal kimi həkk edib. Məhz həmin amal sayəsində Azərbaycan xalqı onilliklər boyu müstəqillik uğrunda mübarizə əzmini qoruyub, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib.
İKT fakültəsinin dekanı Asif Paşayev “Müsəlman Şərqində ilk demokratiya” mövzusuna həsr olunan təqdimatında AXC-nın qısa zaman kəsiyində həyata keçirdiyi islahatlarla tarixdə dərin iz qoyduğunu diqqətə çatdırıb. Dekan qeyd edib ki, AXC dövründə demokratik dövlət quruculuğu, qadınlara seçki hüququnun verilməsi, xarici siyasət, təhsil və hüquq sistemində atılan mütərəqqi addımlar müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında əsas ideoloji baza rolunu oynayıb.
Tədbirin qonağı, cümhuriyyət tarixinin tədqiqatçısı, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev “AXC qurucularının və liderlərinin mühacir həyatı” mövzusunda geniş məruzə ilə çıxış edib. O, məruzəsində AXC-nin ideoloji əsasları və elan olunması, dövrün siyasi vəziyyəti, Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşü və Bakının işğaldan azad edilməsi, AXC-nin dövlətçilik tarixində rolu, AXC qurucularının və liderlərinin mühacir həyatı haqqında kitablarında qələmə almadığı mühüm məqamlara toxunub. Qeyd edib ki, 1920-ci il aprelin 28-də
AXC-nin süqutu zamanı parlament binasından endirilən tarixi üçrəngli bayraq uzun illər Türkiyədə yaşayan azərbaycanlı mühacirlər tərəfindən qorunaraq ona əmanət edilib. Türkiyədə təhsil aldığı dövrdə böyük etimadla qəbul etdiyi bu müqəddəs əmanəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində doğma Vətənə və Azərbaycan dövlətinə təqdim etmək onun həyatının ən qürurlu anlarından biri olub. Bu əmanətin qorunaraq Vətənə qaytarılması yalnız tarixi bir hadisə deyil, həm də milli yaddaşın, dövlətçilik ənənələrinin və istiqlal ideyasına sədaqətin sarsılmaz sübutudur.
Digər Xəbərlər
12 Oktyabr 2026 16:12
"Məktəb şəxsi mübahisələrin deyil, milli gələcəyin formalaşdığı məkandır"
12 Oktyabr 2026 13:15
"Vahid məktəbli geyim formasının nəyi pisdir ki?" - Gülyanaq Məmmədova
12 Oktyabr 2026 10:02
Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
10 Oktyabr 2026 14:01
Məktəblilər belə geyinməlidir - VİDEO
09 Oktyabr 2026 17:00
LDU-da Respublika elmi-praktiki konfransı keçirilib
09 Oktyabr 2026 16:46
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
07 Oktyabr 2026 11:20
“Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə...”
06 Oktyabr 2026 20:11


Bakı -°C

