Azərbaycan Universitetində X Karyera Günü keçirilib
Azərbaycan Universitetində yuxarı kurslarda təhsil alan tələbələrin və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun iş yerlərinə dair məlumatlandırılması, həmçinin universitet – sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə növbəti Karyera Günü keçirilib. Karyera İnkişafı və Məzunlarla İş Mərkəzinin təşkil etdiyi tədbir iştirakçıların müasir əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, eləcə də işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına imkan yaradıb.
Bu il onuncusu keçirilən tədbirdə müxtəlif profilli 40-dan çox şirkət və müəssisə iştirak edib. Onların arasında dövlət orqanları, özəl müəssisələr və təhsil şirkətləri yer alıb.
Şirkət və müəssisələrin nümayəndələri, insan resursları üzrə menecerləri tələbə və məzunlara öz vakansiyaları, vakansiyalar üzrə iş öhdəlikləri, həmçinin tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramları, peşəkar inkişaf imkanları barədə geniş məlumat təqdim ediblər. Eyni zamanda müraciətçilərin CV-ləri qəbul edilib, ilkin seçim mərhələsi çərçivəsində müsahibələr keçirilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Qeyd edək ki, artıq ənənə halını almış Karyera Günü bu dəfə də tələbə və məzunların əmək bazarına inteqrasiyasını təşviq edən mühüm platformaya çevrilib.
Digər Xəbərlər
24 Iyun 2026 20:45
Abituriyentlərdən 16 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edildi
24 Iyun 2026 20:35
700 balı o topladı
24 Iyun 2026 20:13
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi AÇIQLANDI
24 Iyun 2026 19:14
Sertifikasiyada iştirak edən müəllimlərin sayı açıqlandı
24 Iyun 2026 16:31
Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanda
24 Iyun 2026 16:00
"Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək dayaz mövqe nümayişidir" - Nazir
24 Iyun 2026 12:47
Qarabağ Universitetində yeni təyinat
23 Iyun 2026 10:07


Bakı -°C

