Azərbaycan və Gürcüstan XİN rəhbərləri geniş tərkibdə görüş keçirib - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə geniş tərkibdə görüş keçirib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.
Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.
***
16:11
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin təkbətək görüşü başlayıb.
Adalet.az-ın xəbərinə görə, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
***
15:58
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.