Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb
Ötən il korrupsiya ilə bağlı əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb.
Habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
Digər Xəbərlər
13 Fevral 2026 13:31
Unudulmaq hüququnun izahı verildi
11 Fevral 2026 15:22
DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi
10 Fevral 2026 18:31
Füzulinin şeirini, Cavidin poemasını oxuyub - Vardanyan 2 ilin hesabatını verdi
10 Fevral 2026 18:11


Bakı -°C

