Azərbaycan və İsrailin XİN rəhbərləri görüşdü - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində İsrail XİN rəhbəri Gideon Saarla görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, enerji, yüksək texnologiyalar, müdafiə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən daha geniş Yaxın Şərqdəki vəziyyət də gündəmdə olub.
Xarici işlər naziri Ceyhun Bayramov da görüşlə bağlı paylaşım edib.
Nazir bildirib ki, israilli həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional və beynəlxalq mövzular üzrə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin münaqişədən sonra regional yenidənqurma və sülh gündəliyi, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti, o cümlədən sülh prosesində mövcud problemlər barədə məlumat verilib.
***
Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı İsrailin XİN rəhbəri öz “X” hesabında paylaşıb.
Bildiirlib ki, Əbu-Dabidə Ceyhun Bayramovla bir sıra məsələlər müzakirə edilib.
Digər Xəbərlər

İlham Əliyevlə Kavelaşvilinin görüşündən VİDEO

Gürcüstan Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTOLAR

İranla Azərbaycan arasında bu sazişin ilkin imzalanması təsdiq edilib
