Azərbaycan və Uqanda XİN başçıları arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, telefon danışığı zamanı, Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlərin perspektivləri və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov, iki ölkə arasında Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğuna məmnunluqla istinad edib. Bu xüsusda, cari ilin mart ayında Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Azərbaycanın 2019-cu ildən bəri Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycanın QH-ya uğurlu sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub.
Tərəflər, eyni zamanda 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan QH-nın 19-cu Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 10:38
YAP-ın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub
24 Sentyabr 2026 10:33
“Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyin...”
24 Sentyabr 2026 10:00
“İran nüvə silahı əldə edə bilər” – Politoloq
24 Sentyabr 2026 09:47
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - FOTOLAR
24 Sentyabr 2026 09:30
“Səfirin bu açıqlamaları İran – Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır”
24 Sentyabr 2026 09:13
“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”
24 Sentyabr 2026 00:46
"TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək"
23 Sentyabr 2026 20:20


Bakı -°C

