adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyul 2022 16:16
451
HADİSƏ

Azərbaycan vətəndaşları xərçəng əleyhinə dərmanı ölkəyə corabda keçirmək istədilər - VİDEO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Komitədən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatına əsasən İstanbul-Bakı aviareysi ilə gələn üç Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Yoxlama otağına dəvət olunan vətəndaşlardan birinin üzərində şəxsi yoxlama zamanı sol ayağındakı corabın içindən beş ədəd “Gemtu 1000 mg/10 ml” (xərçəng əleyhinə olan dərman preparatı) və sağ ayağındakı corabın içindən beş ədəd “Gemtu 1000 mg/10 ml”, həmçinin belindəki korsetin altında gizlədilmiş şəkildə “Irontu 100 mg/5 ml”, “Gemtu 1000 mg/10 ml”, “Docetu 80 mg/4 ml” markalı olmaqla, ümumilikdə 85 ədəd dərman preparatları aşkar edilib.

Bundan sonra onunla birgə daha iki şəxsin eyni üsulla, bellərində olan korsetin içərisində gömrük nəzarətindən gizlədilməklə ölkə ərazisinə gətirilən “Gemtu 1000 mg/10 ml”, “Irontu 100 mg/5 ml” və “Docetu 80 mg/4 ml” markalı olmaqla 130 ədəd dərman preparatı aşkarlanıb.

Ümumilikdə, üç nəfərin ölkə ərazisinə qanunsuz yolla gətirmək istədiyi dərman preparatlarının sayının 215 ədəd olduğu müəyyənləşib.