adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 15:37
994
HADİSƏ

Elmira Süleymanova dəfn edildi - YENİLƏNİB

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib.

Adalet.az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

15:21

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın nəşi dəfn edilməsi üçün İkinci Fəxri xiyabana aparılıb.

Adalet.az-ın məlumatına görə, dəfn mərasimində "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti katibliyinin rəisi Altay Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, xarici işlər nazirinin müavini Xələf Xələfov,  Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirov və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

***

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

Adalet.az xəbər verir ki, mərasim Təzəpir məscidində keçirilir.

Vida mərasimində mərhumun yaxınları, deputatlar, ictimaiyyət nümayəndələri  iştirak edirlər.

Vida mərasimindən sonra mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə "Oxu.az"a onun yaxınları məlumat verib.

Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakıda anadan olub. 2002-2019-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) olub.