adalet.az header logo
  • Bakı -°C
09 Aprel 2026 12:30
72
HADİSƏ
A- A+

Vətən müharibəsi şəhidinin atası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi, Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli vəfat edib. 

Adalet.az xəbər verir ki, şəhid atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şəmsəddin Əmirli səhhətində problem yaranana qədər coğrafiya müəllimi işləyib. 

Xatırladaq ki, Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. Tofiq Vətən müharibəsi zamanı oktyabrın 13-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhidimizin anası da bu dərdə dözməyərək Tofiqin yeddi mərasimindən sonra dünyasını dəyişib. 

Allah şəhidimizi və atasını rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN