30 Sentyabr 2024 18:19
58
SİYASƏT

Azərbaycan XİN Nepala başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.

Adalet.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında yazılıb:

    “Nepalda baş verən, yüzlərlə insanın həyatına son qoyan sel və torpaq sürüşməsi xəbərindən kədərləndiyimizi bildiririk. Həlak olanların yaxınlarına başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Belə ağır günlərdə Nepalla həmrəyik”.