"Gümrü-Qars Ermənistan və Türkiyə üçün yeni imkanlar aça bilər" - Kostanyan
Gümrü-Qars dəmir yolu Ermənistan və Türkiyə üçün yeni imkanlar açaraq mühüm nəqliyyat dəhlizinə çevrilə bilər.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Onun fikrincə, bu dəmir yolu marşrutunun bərpası, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək.
“Bir çox logistika zəncirləri hazırda bağlanıb və ya səmərəsiz işləyir” – deyə Kostanyan qeyd edib.
O, həmçinin üçüncü dövlətlərin vətəndaşları və diplomatları üçün Marqarada sərhədin açılması ilə bağlı hələ reallaşdırılmamış razılaşmaya diqqət çəkib.
“Biz bir daha təsdiqlədik ki, Ermənistan tərəfi sazişin icrasına başlamağa hazırdır”, - deyə Kostanyan bildirib.
Digər Xəbərlər
30 Sentyabr 2024 19:50
Pezeşkian Rusiya baş naziri ilə görüşdü
30 Sentyabr 2024 19:08Zəngəzur dəhlizi ilə bağlı daha çox müzakirə aparılmalıdır - İranın vitse-prezidenti
30 Sentyabr 2024 18:00Zelenski sülh danışıqlarına hazırlaşır - KİV
30 Sentyabr 2024 17:36İran erməni maşınların ölkəyə girişini asanlaşdırır
30 Sentyabr 2024 17:25