30 Sentyabr 2024 14:56
126
DÜNYA

 İranın İsrail qarşısındakı acizliyi: "Yəhudilərin cin ordusu var..."

İslamın ən böyük məramı insanları cahillikdən qurtarmaqdır. Müqəddəs Qurani Kərimin də ilk kəlməsi OXU olub.

Bir çox möminlər də Məhəmməd Peyğəmbərə vəhy olunan ilk ayəni Allah tərəfindən “elm öyrənməyə çağırış” anlamında yozur. Və təəssüf ki, Quran nazil olandan – 610-cu ildən bu günə qədər müsəlman adı daşıyan insanlar, müqəddəs kitabında “oxu” öyüdü olmayan insanlardan fərli olaraq oxumadı, müqəddəs kitabının tələbini yerinə yetirmədi.
Deməli, müsəlman dindarlar, ümumilikdə, müsəlman dininin daşıyıcısı olan ölkə vətəndaşları və yaxud alimləri heç bir inqilabi elmi tərəqqidə imzası olmayıb.
Dünyadakı elmi-texniki yeniliyin ixtiraçıların 70 faizinin müəllifi yəhudilər olub. Məsələn Yohan Qutenberq dünyanın ilk çap maşınını 1440-cü ildə icad edir...Qeyd etdiyim kimi dünyada elmi kəşf və icadların böyük əksəriyyətinin müəllifləri..
Amma yəhidilərin bir neçəsinin bəşəriyyət üçün etdiklərini yazmasaq olmaz. Tarixdə müasir nəzəri fizikanın yaradıcı Albert Eynşteyn, Atom bombasının yaradıcısı Robert Oppenheymer və s.daha minlərlə yəhudi...


1947-ci ildə yaradılan İsrail dövlətinin qüdrəti də hər kəsə məlumdur. 300 illik fars dövləti olan İran 77 yaşlı İsrail qədər güclü deyil. Ötən il İsrail PUA-larının İranın sərhədlərini maneəsiz keçərək böyük çəhərlərdə iri hərbi zavodları partlatması da dediklərimizə misaldır. 83,75 milyon əhalisi olan İran, əhali sayı 9 milyon olan İsrailin qarşısında çıxılmaz vəziyyətə düşüb. Təsəvvür edin, Dəməşqdə iranlı generalların öldürülməsinə cavab olaraq Tehran 365 raket və dronla İsraili vurdu. Amma demək olar ki, bu zərbələrin heç biri hədəfə dəymədi, buna cavab olaraq isə
İsrail İranın Suriyadakı obyektlərini, o cümlədən raket istehsalı bazasını bombaladı, həmdə heç bir raket hədəfdən yayınmadı.

İran dünyada yerlə sürünən imicini müdafiə etmək üçün nəsə deməlidir axı... Nə desə yaxşıdır?

Iran özünün müdafiə xəttini ilk öncə dindarlara tapşırdı. Din xadimi, höccətül-islam Müstafa Kərəmi müdafiə nitqi əvəzinə elə cümlələr işlətdi ki, bu əslində İranı müdafiə etmək yox, yerdən yerə çırpmaq oldu:” İsrail İran və Hizbullaha qarşı casusluq etmək üçün cin ordusundan istifadə edir. Sionistlərin cinləri əsarət altına alma tarixini nəzərə alsaq, cinlər onların gizli ordusudur və bir çox missiyalarını yerinə yetirirlər”.

P.S.Türklər demiş, Allah sizi kahr etsin, içinizdən bir ağıllı çıxıb deyə bilməzdi ki, "Quran"ımızın tövsiyyə etdiyi kimi oxumadıq, hər “dini saxtakarlığa” imza atdıq, bir dənə elmi texniki tərəqi kəşfinə imza ata bilmədik. Ona görə də, ərəb dünyasının içərisinə yerləşmiş bir ovuc yəhudi ərəblərin də, farsların da anasını ağlatmaqla məşğuldur... Cin ordusu... Kül sizin cahil başınıza...

 Əntiqə Rəşid