30 Sentyabr 2024 11:16
112
DÜNYA

Rusiyada polislərə qarşı təxribat hazırlayan şəxslər saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları İnquşetiyada (Rusiyanın respublikası.  red) hüquq-mühafizə orqanlarına qarşı silsilə terror aktlarının və enerji obyektlərində təxribatın qarşısını alıblar .

Adalet.az xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Bildirilir ki,  respublikanın ərazisində  Maqas və  Nəzran şəhərlərində enerji obyektlərində təxribat və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar hazırlayan 8 yerli sakin aşkar edilib.

Həbs zamanı şübhəlilərdən biri silahlı müqavimət göstərib və zərərsizləşdirilib. Qalanları tutularaq FSB tərəfindən nəzarətə götürülüb.