30 Sentyabr 2024 17:02
101
GÜNDƏM

Qarabağ Hollandiyanı da havalandırdı:“Tarixin qəsdən silinməsi”, "erməni irsi" sayıqlaması

Hollandiyanın ictimai televiziyası NOS –un saytında işğaldan azad olunmuş Qarabağla bağlı qərəzli məqalə yazılıb

Adalet.az
xəbər verir ki, “Tarixin qəsdən silinməsi” başlıqlı məqalədə Qarabağın Azərbaycan tərəfindən işğal olunduğu və buradakı erməni mədəni irsinin dağıdılması məqalənin əsas süjet xəttində verilib.

Məqalədə deyilir: “On minlərlə etnik erməni etnik təmizləmədən qorxaraq Qarabağ anklavını tərk etdikdən bir il sonra onların keçmiş mövcudluğunun sübutları getdikcə daha az görünməyə başlayır”.

Erməni mediası isə “NOS”a züy tutaraq bildirir ki, NOS-un təsdiq etdiyi peyk fotoşəkillərinə görə, bir çox abidələr, binalar, qəbiristanlıqlar və hətta bütün kəndlər tamamilə dağıdılıb.

Utrext Universitetinin irs professoru Gerjan Pletz qeyd edib ki, müharibədən sonra azərbaycanlılar Dağlıq Qarabağa köçüb və binalar bir-birinin ardınca sökülür:” Bu proses daha əvvəl, 2020-ci ildə, Azərbaycan altı həftəlik müharibədən sonra ərazinin bir hissəsini ələ keçirəndən sonra başlayıb.
Bu proses daha əvvəl, 2020-ci ildə, Azərbaycan altı həftəlik müharibədən sonra ərazinin bir hissəsini ələ keçirəndən sonra başlayıb. ACLED (Silahlı Münaqişələrin Nəticələrinin Qiymətləndirilməsi Layihəsi) görə , 2021-ci ildən bəri etnik ermənilərin tarixi, dini, siyasi strukturlarının və yaşayış yerlərinin səksənə yaxın dağıdılması faktı qeydə alınıb. 2023-cü ilin sentyabrından bu göstərici yalnız artıb. Mədəni irsin bu şəkildə məhv edilməsi erməni mədəniyyətinin bu bölgədən yavaş-yavaş yoxa çıxması deməkdir.Mədəni irsin məhv edilməsi düşmənin tarixini qəsdən silmək üsuludur" dedi Pletz vurğulayıb.
P.S. Təəccübləndikmi? Əsla! Qarabağı könüllü tərk edmiş ermənilərin 1 illik ayrlığı ilə bağlı çıxış edən Hollandiya bizi təəccübləndirə bilməz. Çünki 21 dekabr 2004, fevral 2018-ci illərdə saxta erməni soyqırımını rəsmən tanıyıb.
Çünki, 2021-ci ildə Hollandiya parlamenti böyük səs çoxluğu ilə qətnamə qəbul edərək, Azərbaycana hərbi əsirlərin və mülki şəxslərin sərbəst buraxılması üçün təzyiq göstərilməsini tələb etdi.

Qətnamə müəllifləri açıq şəkildə bildirdilər ki, “Hərbi əsirlər ilə rəftar haqqında" Cenevrə Konvensiyası Ermənistan və Azərbaycanı hərbi əməliyyatlar bitdikdən dərhal sonra onları azad etməyə məcbur edir, lakin Azərbaycan inadla öz öhdəliklərini yerinə yetirməkdən imtina edir.
Bu ilin 13 sentyabrında Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və "Dağlıq Qarabağ" kimi qeyd edilib.

Amma işğalçı, müstəmləkəçi olduğunu unudan Hollandiya boneyralılar haqqında danışmağı da sevmir , danışanları da. Bu ilin avqustunda Bakıda Hollandiyanın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Tədbir Bakı Təşəbbüs Qrupu (BTQ), həmçinin Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutdu. Niderlandlılar isə buranı 1633-cü ildə İspaniyanın Müqəddəs Martini adasını ələ keçirməsinə cavab olaraq işğal ediblər.
Konkret.az-ın məlumatında deyilir ki, Boneyra Niderlandın müstəmləkəçiliyində olan ərazi vahididir:” Karib dənizində, Venesuela sahilindən 90 km şimalda yerləşən adanın ərazisi 288 km²-dir. 2023-cü ilin statistikasına görə, əhali sayı təxminən 24 min nəfər olan adanın rəsmi dili Niderland və Papiamentodur. Zəngin mədəniyyətə malik olan adada yaşayan insanların sayı getdikcə azalır. Buna səbəb Niderland hökumətinin yerli əhaliyə qarşı təzyiqləridir. Adanın bilinən ilk sakinləri eramızdan əvvəl 10-cu əsrdə məskunlaşan Caquetios hinduları olub. Avropalılar sözügedən əraziyə XV əsrin sonlarında ayaq açıblar. Təxminən yüz ildir ki, burada yalnız Cənubi Amerika ölkələrindən sürgün edilmiş mühacirlər yaşayıb. Niderlandlılar isə buranı 1633-cü ildə İspaniyanın Müqəddəs Martini adasını ələ keçirməsinə cavab olaraq işğal ediblər.
Hazırda ada öz müstəqilliyini tələb edir. Hazırda boneyralıların heç bir haqları tanınmır. Ada rəsmiləri eynicinsli nigahların qanuniləşdirilməsinə qarşıdır. Həmçinin yerli əhalidən alınan vergilər Niderlandın dövlət büdcəsinə köçürülür ki, bundan da Boneyra şakinlər narazıdır. Həmçinin onların daha bir şikayəti ana dillərində təhsil ala bilməmələri illə bağlıdır. Ölkə əhalisinin universitetləri belə yoxdur. Onlar müxtəlif ölkələrdə keçirilən konfranslarla dünya ictimaiyyətinin diqqətini öz üzərlərinə cəlb etməyə, bununla da Nidarlandın təzyiqinin azalacağına ümid edirlər”.

Hollandiyanın bir güzgüsü olsaydı, orada arabir özünə baxardı, kim olduğunu bilərdi.


Əntiqə Rəşid