30 Sentyabr 2024 19:08
66
DÜNYA

Zəngəzur dəhlizi ilə bağlı daha çox müzakirə aparılmalıdır - İranın vitse-prezidenti

Regionun sərhədlərində və geosiyasətində istənilən dəyişiklik gərginliyə, regiondan kənar aktorlar tərəfindən sui-istifadəyə səbəb olacaq.

Adalet.az xəbər verir ki, bu barədə İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiya Baş naziri Mixail Mişustin ilə görüşdə deyib.

İran rəsmisi bildirib ki, Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır.