Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin Böyük Millət Məclisinin açılışının 105-ci ildönümündə qardaş ölkəmizi və xalqını 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gün Türkiyə Respublikasının suverenlik prinsiplərinə, milli iradəyə və gələcəyimizin təminatçısı olan uşaqlara verilən dəyərin parlaq təzahürüdür.
23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyə Respublikasına davamlı inkişaf və rifah arzulayır, qardaş ölkəmizin banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini yad edirik", - məlumatda qeyd olunub.
Digər Xəbərlər

Azərbaycan hökuməti Türkiyədəki silsilə zəlzələ ilə bağlı narahatlığını ifadə edib

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır - BƏYANAT

Millət vəkili ərzaq təhlükəsizliyində önəmli məsələyə diqqət çəkdi

İlham Əliyev Çinin Baş naziri ilə görüşdü - YENİLƏNİB

Prezidentin Pekində rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR + YENİLƏNİB

Çin liderinin adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi

İlham Əliyev Si Cinpinlə görüşdü - YENİLƏNİB + FOTOLAR
