İlham Əliyev Si Cinpinlə görüşdü - YENİLƏNİB + FOTOLAR
Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.
Adalet.az xəbər verir ki, Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi.
Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyanat məmnunluqla xatırlandı. Bu gün dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyanatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksələcəyi qeyd edildi.
Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu.
Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.
Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qəbul edildiyini xatırladı.
Dövlətimizin başçısı öz növbəsində Si Cinpinin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxundu.
Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığını və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.
Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi.
Çin Xalq Respublikasının Sədri “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycanın olduğunu məmnunluqla xatırladı. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olundu.
Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı.
Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunuldu.
Sin Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etdi.
Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.
***
Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
20 Dekabr 2025 18:27
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşdü
20 Dekabr 2025 14:10
"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - İbrahimoviç
20 Dekabr 2025 13:30
Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandı
19 Dekabr 2025 18:32
Özbəkistan prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
19 Dekabr 2025 17:15
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
19 Dekabr 2025 15:25
Zahid Oruc :“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”
19 Dekabr 2025 13:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
19 Dekabr 2025 13:45


Bakı -°C

