Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Digər Xəbərlər
02 Oktyabr 2026 23:11
"Fənərbağça"dan qardaşlıq PAYLAŞIMI - FOTO
02 Oktyabr 2026 21:45
“Sabah”ın müdafiəçisi millinin heyətindən çıxarıldı
02 Oktyabr 2026 20:21
Premyer Liqanın ən yaxşı məşqçisi seçildi
02 Oktyabr 2026 19:22
"Fənərbağça" Bakıda - FOTOLAR
02 Oktyabr 2026 17:31
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarıldı
02 Oktyabr 2026 12:07
Millətlər Liqası: Fransa İtaliyaya qarşı
02 Oktyabr 2026 11:54
Portuqaliyaya qol vurdu, Ronaldo kimi sevindi - VİDEO
02 Oktyabr 2026 10:14


Bakı -°C

