Azərbaycan xoreoqrafiyasının incisi: 94 yaşlı rəqqasənin maraqlı FOTOSU
Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın fotosu sosial şəbəkələrdə yayılıb və Izləyicilər tərəfindən maraqla qarşılanıb.
Adalet.az xəbər verir ki, peşəkar rəqqasə sənətinə 22 yaşından başlayan Roza xanımın gümrahlığı göz oxşayıb. İzləyicilərin fikrincə illərin izləri simasında aydın görünsə də, gözəlliyi, zərifliyi onu tərk etməyib.
Qeyd edək ki, Roza İsmayl qızı Cəlilova 1929-cu il mayın 17-də Qubada dünyaya göz açıb. Atası İsmayıl Cəlilov (1906-1942) ictimayi-siyasi xadimlərimizdən, ziyalılarımızdan biri kimi Azərbaycanda yaxşı tanınırdı. 35 yaşında artıq professor idi. Dövlət qulluğunda olduğu üçün müxtəlif bölgələrə işləməyə göndərilirdi. O, Dilicanda da çalışmış və ailəsi ilə orada da yaşamışdı. Qızı Lena (əls adı Azad, onu Lenaya da çağırırdılar) 1930-cu ildə Dilicanda doğulub. Ailə 1931-ci ildə Bakıya köçüb. Oğlanlar Saleh və Ramiz Bakıda doğulublar. İ.Cəlilov 1942-ci ildə müharibədə həlak olub.
Roza 1937-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə və 132 saylı müumtəhsil məktəbə daxil olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib.
Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb.
Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞda, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olub. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olub.
Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.
Hal-hazırda pedaqoji fəaliyyətə keçərək Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada fəaliyyət göstərir.
2019-cu ildə Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub. Hazırda isə rəqqasə xanımın 94 yaşı var.
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Yanvar 2026 12:43
Mirzəağa Əliyevin teatrdan uzaqlaşdırdığı gənc aktyor - Əntiqə Kərimzadə yazır…
06 Yanvar 2026 13:24
Multikulturalizm Mərkəzi 2025-ci ili uğurla başa vurub
06 Yanvar 2026 10:50
"Qayınana" filminin ssenaristi vəfat etdi
05 Yanvar 2026 17:31
Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub - FOTOLAR
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50


Bakı -°C

