Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb.
H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır:
“Azərbaycan əraziləri işğal altında olarkən biz bağlantını münaqişənin həlli prosesinin bir hissəsi kimi müzakirə etdik. İndi münaqişə həll olunub. Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan regional müzakirələrin və əsas nəqliyyat əlaqələrinin bir hissəsi ola bilər. Hazırda Ermənistanla da müzakirə aparırıq. Regionda hər hansı bir marginalizasiya və təcrid niyyətimiz yoxdur, ancaq həm də Ermənistandan müəyyən gözləntilərimiz var”.
H.Hacıyev diqqətə çatdırıb ki, 30 il ərzində Ermənistan Azərbaycanın Naxçıvan bölgəsini blokada altında saxlayıb:
“İndi biz gözləyirik ki, Ermənistan ilk vacib addımı atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda dəhliz sözünə qarşı müəyyən qıcıqlanma hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, buna nə istəyirlərsə desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”.
Digər Xəbərlər
24 Avqust 2026 14:18
Ödənişli xidmətlərlə bağlı VACİB XƏBƏR
24 Avqust 2026 12:39
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
24 Avqust 2026 10:22
“Yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”
24 Avqust 2026 10:22
“İki ölkə arasında iqtisadiyyatın çox fərqli sahələrində sərmayə qoyuluşları...”
24 Avqust 2026 09:38
Azərbaycanda kriptovalyuta ilə bağlı ilkə imza atıldı
23 Avqust 2026 22:46
Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır - İlham Əliyev
23 Avqust 2026 18:50
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif etdi
22 Avqust 2026 10:06


Bakı -°C

