Azərbaycanda 3 gündə vətəndaşların kartından 194 min manat taladılar

"Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar".
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, aprelin 7-də ayrı-ayrı vətəndaşların 66997 manatı, aprelin 8-də isə 87067 manatı talanıb.
Digər Xəbərlər

Narkotik vasitənin təsiri altında olan taksi sürücüsü həbs edildi

"Mall"da qadınların telefonlarını oğurlayan şəxslər saxlanıldı

Abşeronda əməliyyat keçirilib - Saxlanılanlar var

Azərbaycanlı milyonçunun bazarına basqın - VİDEO

İsmayıllıda kişi meyiti tapıldı

Bağanıs Ayrımda yandırılan 39 günlük körpə ilə bağlı videomateriallar göstərildi - Məhkəmə - FOTOLAR

Bank kartları ilə bağlı növbəti XƏBƏRDARLIQ
