Azərbaycanda 3 radio yayımçısına lisenziya verildi
Bu gün Audiovizual Şura növbəti iclasını keçirib. İclasda 3 (üç) ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqələrə yekun vurulub və qaliblər elan olunub.
Şuradan Adalet.az-a verilən məlumata görə, ilk olaraq müsabiqələrə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki imkanlarının, yaradıcılıq və kadr, habelə maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının geniş mərizəsi və rəyi dinlənilib. Daha sonra Şura üzvləri ayrı-ayrılıqda müsabiqələrdə iştirak edən iddiaçılar haqqında fikirlərini bildiriblər.
İclasın sonunda 3 müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 7 iddiaçı arasında daha üstün texniki, yaradıcı, kadr və iqtisadi potensiala malik olan 3 iddiaçı - "NHR" MMC (radio redaksiyanın adı "Yurd FM"), "Bakı FM" MMC (radio redaksiyanın adı "Bakı Hit FM"), "Retro FM" MMC (radio redaksiyanın adı "Bakı Retro FM") - qalib elan olunub və hər bir müsabiqə üzrə yekun qərarlar verilib.
Şuranın müvafiq qərarlarına əsasən Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 90.7 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 104.5 MHs, Lənkəran rayonundakı "Lənkəran" RTYS-dan 89.6 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 98.0 MHs, Zaqatala rayonundakı "Danaçı" RTYS-dan 90.9 MHs "Yurd FM" radio kanalının yayımı üçün "NHR" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.0 MHs, İsmayıllı rayonundakı "İvanovka" RTYS-dan 98.8 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 107.5 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 96.1 MHs, Ağstafa rayonundakı "Poylu" RTYS-dan 88.4 MHs radiotezlikləri "Bakı Hit FM" radio kanalının yayımı üçün "Bakı FM" MMC-nin istifadəsinə, Bakı şəhərindəki "Bakı Teleqüllə Kompleksi"ndən 93.3 MHs, Ağsu rayonundakı "Gülüstan" RTYS-dan 102.1 MHs, Lerik rayonundakı "Lerik" RTYS-dan 91.3 MHs, Şuşa rayonundakı "Şuşa" RTYS-dan 97.1 MHs, Quba rayonundakı "Dağlı" RTYS-dan 93.3 MHs radiotezlikləri "Bakı Retro FM" radio kanalının yayımı üçün "Retro FM" MMC-nin istifadəsinə ayrılıb.
Daha sonra iclasda Şəmkir rayonunda yerləşən "Atabəy" radio-televiziya stansiyasından 22-ci TV yayım kanalından yayımlanan yerüstü rəqəmsal açıq (sosial) televiziya paketinin qəbulunda maneələr yarandığından açıq (sosial) paketin yayımının həmin stansiyadan 35-ci TV yayım kanalından həyata keçirilməsi haqqında qərar qəbul olunub.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

