Azərbaycanda atlar çiplənəcək
Azərbaycanda atların və dəvələrin dərisinin altına mikroçip yerləşdiriləcək.
Bu, Nazirlər Kabinetinin “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların birkalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilirdi.
Dəyişikliyə əsasən, bundan sonra atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.
Digər Xəbərlər
24 Sentyabr 2026 12:14
Hava ilə bağlı - Xəbərdarlıq
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14


Bakı -°C

