adalet.az header logo
  • Bakı -°C
13 Fevral 2026 12:00
63
GÜNDƏM
A- A+

"Azərbaycanda bələdiyyələrin sayı çoxdur" - Deputat

"Bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədən kənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

"Hesabatdan görünür ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir. Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndririlməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədə uyğun olardı. Son birləşmədən sonra Azərbaycanda bələdiyyələrin sayı struktur olaraq yaxın ölkələr ilə müqayisədə yenə də çoxdur. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir. Bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var. Həmçinin, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var", - deyə deputat bildirib.