adalet.az header logo
  • Bakı -°C
13 Fevral 2026 13:10
72
GÜNDƏM
A- A+

Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ

Fevralın 14-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.