Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyinatı aparılacaq
Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə sənədi imzalayıb.
Dəyişikliklə qanuna 1.0.1-1-ci maddə ilə “şərti əmək pensiyası” anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəzlənir.
Bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq.
Qanuna əlavə edilmiş yeni maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.
Digər Xəbərlər
12 Sentyabr 2026 10:07
Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!
11 Sentyabr 2026 22:02
Şuşanın gənc sakinləri xarici səfirlərlə tanış oldular - VİDEO
11 Sentyabr 2026 19:00
Heyvan bazarlarının sayı 20-yə çatdı
11 Sentyabr 2026 17:32
Yeni Milli Fəaliyyət Planı təsdiqləndi
11 Sentyabr 2026 11:55
"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda
10 Sentyabr 2026 15:47
Bu atları saxlayanlara 1000 manat veriləcək
10 Sentyabr 2026 09:18
25 ailə doğma yurduna qayıdır
09 Sentyabr 2026 16:58


Bakı -°C

