"Azərbaycanda bu günə qədər orqan bağışlanması hadisəsi olmayıb" - Deputat
“Beyin ölümü baş tutan xəstənin bir yerdən başqa yerə aparılması doğru deyil. Çünki bu zaman onun orqanlarından istifadə etmək mümkünsüz olur”.
Adalet.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında deyib.
Ölkəmizdə insanların yaxınlarının orqanlarını bağışlamağa könüllü olmadıqlarını təəssüflə qeyd edən deputat bildirib ki, istər vətəndaşlarda, istərsə də millət vəkillərində beyin ölümündən sonra əzizlərinin orqanlarının bağışlanması ilə bağlı ciddi problemləri var: "Biz, ilk növbədə bunu həll etməliyik. Əgər bu məsələ həll olunmasa, sıranın kimə verilməsininbir önəmi yoxdur".
Deputat onu da qeyd edib ki, Azərbaycanda bu günə qədər bircə dənə də olsun orqan bağışlanması hadisəsi olmayıb.
"Bu mədəniyyət formalaşmalıdır, əgər beyin ölümündən sonra biz cəmiyyət olaraq öz əzizlərimizin orqanlarını digər bir şəxsin həyatını qurtarmaq üçün bağışlaya bilmiriksə, bunu ciddi şəkildə düşünməliyik”, - deyə Rəşad Mahmudos əlvə edib.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:44
Qəhvə sevənlər bunu mütləq oxusun
03 Oktyabr 2026 11:35
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
03 Oktyabr 2026 10:23
Gündə 10 min addım qaydası süqut etdi
02 Oktyabr 2026 15:44
Yaş saçla yatmayın: Bu riski artıra bilər
02 Oktyabr 2026 15:36
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01 Oktyabr 2026 09:20
2-10 yaş aralığında olan azyaşlılar yoluxur - Uşaqlar üçün həyəcan təbili - VİDEO
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22


Bakı -°C

