Azərbaycanda bu qədər pensiyaçı var
2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103 min 300 nəfər pensiyaçı qeydiyyatda olub.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Rəsmi göstəricilərə əsasən, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,6 faizi yaşa, 23,0 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,4 faiz artaraq 538,1 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.
Qeyd edilib ki, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artırılaraq 3 milyard 628 milyon 100 min manata çatdırılıb.. Sərf olunmuş vəsaitin 97,8 faizini pensiya xərcləri təşkil edib.
Digər Xəbərlər
08 Dekabr 2025 17:10
Dövlət orqanlarındakı kadr məsələləri üzrə ştat vahidi dəyişdi
08 Dekabr 2025 16:50
Bitkilərə daxili karantin sertifikatının verilməsi qaydası təsdiqləndi
08 Dekabr 2025 15:53
Camaatı niyə qorxudurlar?
08 Dekabr 2025 15:46


Bakı -°C

