adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Dekabr 2021 10:00
1222
KRİMİNAL

Azərbaycanda DƏHŞƏT: Oğul atasını qətlə yetirib evin həyətində basdırdı

Gəncə Şəhər Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Adalet.az xəbər verir ki, məlumatda deyilir:

"10 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə şəhəri Nizami rayon polis idarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu əlləri ilə boğub öldürmüş, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırmışdır.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Məmməd Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir".

***

09:39

Gəncədə oğul atasını qətlə yetirib yaşadığı evin həyətində basdırıb.

Adalet.az xəbər verir ki, Gəncə şəhər sakini, Məmmədov Məhəmməd polisə müraciət edərək atası, ruhi xəstə olan, 1963-cü il təvəllüdlü Azad Məmmədovun itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı həmin şəxsin qətlə yetirildiyi və yaşadığı evin həyətində basdırıldığı məlum olub.

Daha sonra həmin şəxsin elə oğlu M.Məmmədov tərəfindən qətlə yetirildiyi bəlli olub.

O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.