Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də ümumi çəkisi 19,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 9,4 kiloqramdan artıq heroin, 5,4 kiloqramdan çox marixuana, 4,3 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: Meyitləri çıxaranda yaralandım - YENİLƏNİB

Bakıda 2 obyektdən 42 min manatlıq oğurluq edildi
