Müharibədən qaçaraq Azərbaycana gələn rus hərbçi öz ölkəsinə təhvil verildi
1997-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan Adalet.az-a bildirilib ki, Rusiya Federasiyasında səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə və ya hərbi əməliyyatların aparılması şəraitində hərbi xidmətə çağırış və ya kontrakt üzrə xidmət edən hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.Z.Savlatov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.
Digər Xəbərlər
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30
Beynəlxalq axtarışda olan daha bir nəfər Azərbaycana gətirildi
25 Dekabr 2025 17:01
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirənləri saxladı - VİDEO
25 Dekabr 2025 15:26
“Land Rover” idarə edən narkokuryerdən 17 kq marixuana aşkarlandı - VİDEO
25 Dekabr 2025 12:34
Şirniyyat mağazası və ticarət mərkəzindən oğurluq edildi
25 Dekabr 2025 10:55
Narkotikin təsirində olan sürücü və sərnişinləri saxlanıldı - VİDEO
24 Dekabr 2025 10:17


Bakı -°C

