24 Aprel 2025 16:08
102
AVTOMABİL

Qaydaları pozanlar...

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində yol polisinin rolu əvəzsizdir. Ən azından ona görə ki, yol polisi gözə dəyməyəndə  bir çox sürücülər kobud qayda pozuntusuna  yol verir, avtoxuliqanlıq edir və  sərxoş vəziyyətdə sükan arxasında əyləşərlər. Bu isə birmənalı olaraq ölümə gedən yol deməkdir.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının beşinci tağımının əməkdaşları da  bir qayda olaraq paytaxta hərəkətin təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Belə ki, onlar xidmət apardıqları küçə və prospektlərdə  hərəkət iştirakçılarının mənzil başına sağ- salamat çatmaları üçün bütün qabaqlayıcı tədbirləri vaxtında həyata keçirir. Əlbəttə , öncə  beşinci tağımın  əməkdaşları kobud qayda pozuntularına- avtoxuliqanlara, sərxoş sürücülərə, qəza vəziyyəti yaradanlar, sürücülük hüququ olmadan sükan arxasında əyləşənlər qarşı vaxtında  və yüksək peşəkarlıqla tədbirlər görülür.  " Dayanma" , " durma" qaydalarını pozanlara və avtobus dayanacaqlarını  zəbt edənlər inzibati məsuliyyətə cəlb edilir.

Amma bu o demək deyil ki, tağım əməkdaşları əsas vasitə kimi cəza tədbirlərindən isifadə edirlər. Onlar inzibati məsuliyyətdən öncə sürücüləri, hərəkət iştirakçılarını maarifləndirirlər.  Bu addımlar uğurlu olmayanda onlar məcbur olub inzibati üsullardan istifadə edilirlər. 5-ci tağımın  komandiri Nurlan Əliyev deyir ki, əməkdaşlarımız qeyri- sabit hava şəraitindən tutmuş, adı hava şəraitinə qədər avtomobil yollarında hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edirlər. Hərəkətin intensiv olduğu saatlarda  tıxacların vaxtında aradan qaldırılması üçün bütün qabaqlayıcı tədbirlər elə həmin an gerçəkləşdirilir.  Xüsusilə səhər və axşam saatlarında belə vəziyyət yaranır.

Ona görə də əməkdaşlarımız  belə çətin iş şəraitinə həmişə hazırdır və tapşırılan vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirlər!  Bəli, tağım komandirinin sözünə qüvvət olaraq deyə bilərik ki, Bakıda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün Yol  Patrul Xidməti Alayının beşinci tağımın əməkdaşları bütün zəruri tədbirləri vaxtında həyata keçirir. Bu isə qəzaların qarşısının alınması, ölüm və xəsarətalma  hadisələrinin baş verməməsi, azalması deməkdir!

Emil Faiqoğlu