Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür.
Adalet.az xəbər verır kı: Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb.
Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq.
Digər Xəbərlər
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00
“PUA-lar uçacaq, narahat olmayın” - MN
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C

