Azərbaycanda ən çox boşanma halları Daşkəsəndədir - STATİSTİKA
Ötən il Azərbaycanda hər min nəfərə düşən boşanma halları ən çox Daşkəsən rayonunda, ən az isə Cəlilabadda qeydə alınıb.
Adalet.az xəbər verir ki, “Report”un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 21 min 384 boşanma qeydə alınıb.
Onlardan 6673-ü Bakı üzrə, 969-u Naxçıvan Muxtar Respublikası üzrə, 1945-i Abşeron-Xızı iqtisadi rayonu üzrə, 549-u Dağlıq Şirvan iqtisadi rayonu üzrə qeydə alınıb.
Həmçinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə cəmi 1540, Qarabağ iqtisadi rayonu üzrə 1591, Qazax-Tovuz iqisadi rayonu üzrə cəmi 1243, Quba-Xaçmaz iqtisadi rayonunda 943, Lənkəran-Astara iqtisadi rayonu üzrə isə 1375 nikah pozulub.
Bundan başqa, 1452 boşanma hadisəsi Mərkəzi Aran iqtisadi rayonunda, 843-ü Mil-Muğan iqtisadi rayonunda, 977-i Şəki-Zaqatala iqtisadi rayonunda, 766-ı Şərqi Zəngəzur iqtisadi rayonunda, 968-i Şirvan-Salyan iqtisadi rayonunda olub.
Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayına görə Bakının rayonları arasında ən çox boşanma Yasamalda (4),ən az Pirallahıda (1,8) qeydə alınıb.
Regionlara gəlincə, ən çox boşanma halları Daşkəsən (3,2) və Mingəçevirdə (3,1) qeydə alınıb.
Ən az nikah pozulma halları isə Yardımlı, Qax( 1,2), Lerik (1,1) və Cəliləbadda (1) olub.
Digər Xəbərlər
12 Aprel 2026 00:26
Pravoslav xristianları Pasxa bayramını qeyd edir
12 Aprel 2026 00:14
Prezidentin “Kamaz” bağışladığı Ayazın atası DANIŞDI - VİDEO
11 Aprel 2026 19:25
İçərişəhər Qala divarının dağılan hissəsində təcili tədbirləri görüləcək
11 Aprel 2026 12:05
Bakı küçələri yuyuldu
11 Aprel 2026 11:55
Vətən müharibəsi şəhidinin qardaşına vəzifə verildi - FOTOLAR
11 Aprel 2026 00:09
Çiyələyə zəhərli maddələr qatılır? - GÖRÜNTÜLƏR YAYILDI - VİDEO
10 Aprel 2026 20:00
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? - Rəsmi açıqlama
10 Aprel 2026 17:57


Bakı -°C

